Masallıda şəhidlərə həsr olunan abidə-bulaq kompleksinin açılışı oldu - FOTOLAR

07:56 - 17 Sentyabr 2021

Masallıda şəhidlərə həsr olunan abidə-bulaq kompleksinin açılışı oldu - FOTOLAR

Masallının Sərçuvar kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Manset.az xəbər verir ki,  16 sentyabr 2021-ci il tarixdə Masallı rayonunun Sərçuvar kənd izibati ərazi dairəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Kompleksdə Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan, Sərçuvar kəndindən olan  qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.Bu münasibətlə keçirilən tədbirə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsi, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, kənd sakinləri, digər yerlərdən gələn qonaqlar, həmçinin media nümayəndələri qatılıblar.Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə qərənfillər düzərək onların ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları-Məşhur Məmmədov və Professor Anar İsgəndərov, şəhid atası Vahid İsgəndərov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zahid Məmmədov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin-Birinci Qarabağ müharibəsinin şəhidi, Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürən, 1992-ci ilin 16 fevralında son döyüşü olan Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfəralı Məmmədov, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra üç medalla- "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Səməndər Vahid oğlu İsgəndərovun və kənddəki başqa şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına minnətdarlıq bildiriblər.

Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin