Səyyad Əlizadə Gömrük hospitalına yerləşdirildi

23:43 - 16 Sentyabr 2021

Səyyad Əlizadə Gömrük hospitalına yerləşdirildi

Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadə Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Bu barədə Manşet.az-a sənətçinin kürəkəni  Razim Qarayev məlumat verib. Müğənninin saturasiyası 76, ağciyərlərində buzlaşma isə 80 faiz təşkil edir. S. Əlizadə  Mərkəzi Gömrük Hospitalında Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.
Qeyd edək ki, 12 gün əvvəl koronavirusa yoluxan müğənni Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunurdu.

unikal.org


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin