Azərbaycanda "mu" ştamı ilə yoluxma faktı qeydə alınıb? - AÇIQLAMA

13:34 - 16 Sentyabr 2021

Azərbaycanda

"Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının "mu" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mu" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır".

Manset.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "mu" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin