Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
10:00 - 14 İyul 2023
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.
Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirmir. Bütün bu proseslərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması dövlət tərəfindən müvəffəqiyyətlə tənzimlənir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çox konfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib və bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb.Belə ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.
Əgər müstəqilliyinin ilk illərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin fəal iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq sammitlərə və bununla bağlı çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikulturalizm Mərkəzi Bakıda yaradılıb.
Millət vəkili Cavanşir Paşazadə Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda olan tolerantlıq digər ölkələr üçün bir nümunədir:
“Ulu Öndər Heydər Əliyev bütün dinlərə, o cümlədən islam dininə hörmətlə yanaşardı.Müstəqillik illərində məscidlərin bərpası Heydər Əliyevin adı ilə bağlıdır. Bibiheybət məscidinin bərpası bu dediklərimin bariz nümunəsidir.Təzəpir məscidində Ulu Öndərin dindarlarla görüşü, onun peyğəmbərimiz haqqında fikirləri hər birimizin yadındadır.Ölkəmizdə islamla bərabər digər din nümayəndələrinə də hörmətlə yanaşılır.Dinlər arasında ayrıseçkilik yoxdur.Şəhərin mərkəzində Sinoqoq gözəl şəkildə təmir edilib. Ölkə başçısı Cənab İlham Əliyevin tapşırığına əsasən kilsələr bərpa edilir. Görülən işlər ölkə başçısının bütün dinlərə olan hörmətinin təzahürünün nəticəsidir.Ölkədə yaşayan bütün insanlar arasında dinindən asılı olmayaraq dostluq, qardaşlıq münasibəti var.Bütün dini etiqadlara hörmətlə yanaşılır.Azərbaycan tolerant ölkədir.Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb”.
Millət vəkili qeyd edib ki, 44 günlük Qarabağ döyüşlərində əldə etdiyimiz qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə məscidlər bərpa edilir:
“Bildiyimiz kimi işğal dönəmində ermənilər dini abidələri özünküləşdirməyə çalışdılar, hətta bəzilərini dağıtmışdılar.Buna da nail ola bilmədilər. Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz hazırda bərpa olunur və yeniləri tikilir. Heydər Əliyev Fondu tərəfindən yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir. Hörmətli Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərdə məscidləri ziyarət edirlər. Azərbaycanda dindarlar arasında olan xoş münasibət, tolerantlıq hər kəsə bəllidir.Azərbaycanda xristian, islam və digər din nümayəndələri arasında olan dostluq münasibəti xarici ölkələrdə təqdir olunur. Qafqaz Müsəlmanları İdarəsi hər bir müxtəlif ölkələrdə islam, xristian və digər dinin nümayəndələrinin təşkil etdiyi konfranslarda iştirak edir.Həmin beynəlxalq tədbirlərdə də Azərbaycanda olan tolerantlıqdan, dinə olan dövlət qayğısından geniş danışılır.Bunlar hamısı təbii ki, dövlətimizin apardığı siyasətin, dövlət rəhbərinin dindarlara olan hörmətinin nəticəsidir”.
6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin