Prezident xalqa MÜRACİƏT ETDİ
8 Noyabr 2024
19:13 - 15 Sentyabr 2021
“Taliban” hərəkatı Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra liderləri arasında ciddi ixtilaf yaranıb.
Manşet.az BBC-yə istinadən xəbər verir ki, hərəkatın liderləri iki yerə ayrılaraq prezident iqamətgahında mübahisə ediblər. Əsasən hərəkatın banilərindən biri, ABŞ-la müzakirələrin əsas siması, hazırkı hökumətdə baş nazir müavini Əbdülqəni Bəradər ilə “Haqqani şəbəkəsi” qrupunun rəhbərlərindən qaçqınlar naziri Xəlil ər-Rəhman Haqqani arasında ciddi ixtilaf yaranıb. Bununla da yeni hökumətdə kimin daha geniş səlahiyyətlər alacağına dair ciddi fikir ayrılıqları üzə çıxıb.
Belə ki, Bəradər daha mötədil yanaşma və diplomatik üsulların, Haqqani isə güc tətbiqinin tərəfdarı kimi çıxış edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin