29 il əvvəl həbsxanadan qaçmışdı, məcbur geri döndü - SƏBƏB

18:54 - 15 Sentyabr 2021

29 il əvvəl həbsxanadan qaçmışdı, məcbur geri döndü - SƏBƏB

29 il əvvəl Avstraliyanın Yeni Cənubi Uels əyalətində həbsxanadan qaçan 64 yaşlı Darko Desic  yeni tip koronavirus pandemiyası səbəbilə işsiz qaldığı üçün polisə təslim olmaq məcburiyyətində qalıb. O, evinin kirayə pulunu ödəyə bilməyib.

Manşet.az xəbər verir ki, narkotik vasitə yetişdirməkdən 3,5 il həbs cəzasına məhkum edilən Desic 13 ay həbsdə olduqdan sonra 1 avqust 1992 -ci il gecəsində Grafton İslah Mərkəzindən qaçıb.

Bütün axtarışlara baxmayaraq tapılmayan Desicin Sidneyin şimal sahillərində məskunlaşıb və tikinti işlərində çalışıb.

Ştatda təxminən 3 aydır davam edən ciddi COVID-19 qadağaları səbəbilə işi tamamilə dayandıqdan sonra kirayə pulunu ödəyə bilməyib.

Evdən çıxıb sahildə yaşamağa başlayan Desic daha sonra barmaqlıqlar arxasında yaşamağın evsiz olmaqdan çox asan olacağını düşünərək polisə təslim olub.

ölkə.az


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin