Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

18:15 - 15 Sentyabr 2021

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmir rayonunda qətl hadisəsi olub.

Manşet.az xəbər verir ki, hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu aralarında yaranan ailə münaqişəsi zəmnində bacısı, 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çox sayda bıçaq xəsarəti yetirib.

Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. N.Dilarə aldığı çoxsaylı bıçaq zərbələri səbəbi ilə xəstəxanada ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Report


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin