Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

20:18 - 14 Sentyabr 2021

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Manşet.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır: “O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin