"Qarabağ" - "Bazel" oyununun hakimləri bəlli oldu

13:59 - 14 Sentyabr 2021

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda "Qarabağ" və İsveçrə "Bazel"i arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

Manset.az-ın məlumatına görə, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb.

FIFA referisi Erik Lambrextsə, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin