Nazirdən Paşinyanın açıqlamasına REAKSİYA
15 Noyabr 2024
22:48 - 13 Sentyabr 2021
Qanunverici hakimiyyət tərəfindən ümumilikdə pandemiya şərtlərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş şəxslər barəsində amnistiya qəbul edilə bilər.
Manset.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O bildirib ki, bu, Azərbaycan qanunvericiliyində icazə verilən haldır və bunu qadağan edən bir müddəa yoxdur: "Cərimələrin ödənilməsində çətinlik çəkən şəxslərlə bağlı belə bir tədbirin nəzərdə tutulması mümkündür. Amma hələlik bu barədə rəsmi bir məlumat yoxdur. Lakin bu cərimələrin silinməsi əks-effekt də verə bilər. Çünki insanlar düşünəcək ki, hər bir halda müəyyən müddətdən sonra cərimələr ləğv ediləcək və buna görə də qaydaları pozacaqlar. Təbii ki, insanların maddi vəziyyətini nəzərə alıb cərimələri ləğv etmək yaxşı haldır, lakin mövcud vəziyyətdə cəmiyyətin maddi durumundan daha çox, insanların sağlamlığı önəmlidir. Hesab edirəm ki, dövlətin bu istiqamətdə hələ ki, addım atmaması məhz əks-effekt amilinin nəzərə alınması ilə bağlıdır. Pandemiyanın sonu görünməyən bir məqamda həqiqətən də bu, mənfi nəticələrə gətirib çıxara bilər".
Ekspert cərimələrin hansı halda silinə biləcəyinə də aydınlıq gətirib: "Əgər pandemiya şərtləri qısa müddətdə aradan qalxarsa, qapanmalar və digər məsələlər aktuallığını itirərsə, vaksinasiya prosesi də daha geniş miqyasda həyata keçirildikdən sonra karantin cərimələrinin ləğvi daha doğru olar. Çünki bu halda insanların sui-istifadə hallarına yol vermələrinə gərək də qalmayacaq. Ümumiyyətlə, pandemiya hallarının pozulmasına görə yazılan cərimələr məcburidir və vətəndaşlar bunu ödəməlidirlər. İnzibati məsuliyyət tədbirlərinin yerinə yetirilməməsi gələcəkdə həmin şəxs barəsində növbəti məsuliyyət tədbirlərinin tətbiqinə gətirib çıxara bilər. Düzdür, hazırkı məqamda bu kimi hallar yoxdur və praktikada da rast gəlinməyib. Amma ödənilməyəcəyi təqdirdə hər halda əlavə məsuliyyət tədbiri tətbiq oluna bilər. Elektron hökumət sistemi ilə bağlı hər hansısa addım atanda, "ASAN" Xidmət, "DOST" mərkəzlərinə nə iləsə bağlı müraciət olunduqda, dərhal bu məsələ aktuallaşır və vətəndaşdan cərimənin ödənilməsi tələb olunur. Burada qanunvericiliyə zidd hal yoxdur. Cərimənin ödənilməsi qanunun tələbidir və ödənilməlidir. Dövlət qurumlarına müraciətdə cərimənin ödətdirilməsi üçün daha münbit şərait yarandığından, qurumlar da bunu tələb edirlər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin