"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
12:34 - 13 Sentyabr 2021
Azərbaycan Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Qarabağ” oyunu (1:2) zamanı maraqlı hadisə yaşanıb.
Manset.az xəbər verir ki, Ağdam komandasının fanatlarının “İmarət” azarkeş qrupu “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyib. “İmarət”in bu addımı birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, adətən bir komandanın azarkeşləri öz məşqçiləri, klubu qarşısında bənzər tələb, şüar səsləndirir. Bu dəfə isə biz fərqli mənzərənin şahidi olduq. Azarkeş qrupu əzəli rəqibinin baş məşqçisindən vəzifədən getməyi tələb etdi.
İstənilən halda “İmarət”in bu addını kreativ saymaq olar. Hər halda tribunalarımızda qeyri-etik hərəkət olmadığı müddətdə barışmaz rəqiblərin azarkeşlərinin bu tipli hərəkətləri həmin komandalar arasında oyuna marağı daha da artırır.
Qeyd edək ki, matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov “İmarət”in onu istefaya səsləməsinə münasibət bildirib. "Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Həmin azarkeşlərə təşəkkür edirəm. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə onlar üçün Samirin getməyi yaxşıdır".
Bu gün isə “İmarət” Azarkeş Qrupu özünün Feysbuk səhifəsindən paylaşım edərək Samir Abasova xəbərdarlıq mesajı göndərib. “O deyib ki, “meydanda cavab verdiklərim ağır idi”. Ürəyində cavab zad da verirmiş bu. Gələn oyunda görərsən ağırlığı” – deyə paylaşımda bildirilib.//qol.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin