İranda zəlzələ oldu

09:26 - 13 Sentyabr 2021

İranda zəlzələ oldu

Sentyabrın 13-də İranın şimal-şərqində yerləşən Razavi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələ olub.

Manset.az  “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin episentri Goçan şəhərində yerləşib. Yeraltı təkanlar 6 km dərinlikdə baş verib. Bölgəyə xilasetmə qüvvələri cəlb edilib.

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin