Tanınmış şair Könül Kərimovanı biabır etdi - Məhəbət Kazımova görə

12:40 - 12 Sentyabr 2021

Tanınmış şair Könül Kərimovanı biabır etdi - Məhəbət Kazımova görə

"Laçınım" mahnısını Məhəbbət Kazımov bəstələyib. Müğənni Könül Kərimova yalan danışır. Məhəbbət Kazımovun ansamblının musiqi rəhbəri, qarmon ifaçısı Akif kişi və Yasin Qarayev də bunu yaxşı bilir".

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında şair, jurnalist Elnur Baxış deyib.

 

İfaçı Könül Kərimovanın ötən gün verdiyi müsahibəsində "Laçınım" mahnısını onun bəstələdiyinə dair iddiası barədə E.Baxış bildirib: "Könül Kərimova görür ki, efirlərdə ona baxan artıq yoxdur, ona görə yeni gündəm yaratmaq istəyir. Həm də o, bir neçə nəfərə deyib ki, mahnını onun bəstələdiyini desinlər".

Müsahibin dediyinə görə, vaxtilə Fəxrəddin adlı bir nəfər də mahnının sözlərini öz adına çıxarıb: ""Laçınım" mahnısının sözlərini, əslində, Osman Alıyev yazıb. Şeirə Yasin Qarayev və Əli Mahmud da dəyişiklik edib. Əli Mahmud Məhəbbət Kazımovun yaxın qohumudur, əmioğludurlar. Həm də çox yaxşı şairdir".

Qeyd: Özünü Məhəbbət Kazımovun ən yaxın dostu adlandıran E.Baxış ifaçı haqqında bəhs edilən "O səsin sehri" kitabının müəllifi olduğunu bildirib.

pravda.az



Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin