“Karantin zamanı tez-tez cinsi əlaqədə olun” – Həkimdən dünyaya məsləhət

10:08 - 12 Sentyabr 2021

“Karantin zamanı tez-tez cinsi əlaqədə olun” – Həkimdən dünyaya məsləhət

Doktor və teleaparıcı Yevgeni Komarovski insanlar üçün uzun karantin müddətinin səbəb olacağı mənfi nəticələrdən danışıb.

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, ukraynalı həkim izolyasiyanın əsas təhlükələrini "Big Money” adlı "YouTube” kanalına müsahibə zamanı izah edib.

Onun sözlərinə görə, karantin zamanı insanların edə biləcəyi ən təhlükəli şey fiziki aktivliyi həyatlarından kənarlaşdırmaqdır. O, izləyiciləri əllərində olan hər hansı fəaliyyətlə məşğul olmağa, xüsusən də cinsi əlaqəyə tez-tez girməyə çağırıb."Evi təmizləyin – mümkün qədər hərəkət edin. Hər gün rəqs edin, mahnı oxuyun, əgər gücünüz varsa, gündə iki dəfə cinsi əlaqədə olun”, – həkim məsləhət verib.

 Yevgeni Komarovski həmçinin insanlara az yeməyi də tövsiyə edib: "Karantin əla fürsətdir ki, uşaqlarla və yaşlı qohumlarla ünsiyyət qurulsun. 30 ildir birlikdə yaşayan analarınız və atalarınız artıq çox danışıblar. Birlikdə olmaq onlar üçün çox çətindir. Yemək yeyərkən televizoru yandırmayın və ailənizlə nahar vaxtı da ünsiyyət qurun”.
 


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin