Mən artıq belə qanun tanımaq istəmirəm - Şəhid övladı

16:39 - 11 Sentyabr 2021

Mən artıq belə qanun tanımaq istəmirəm - Şəhid övladı

Rəsmi ritorikaya bax...

Cəbrayıla, Füzuliyə, Ağdama, Kəlbəcərə, Şuşaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşları...
Adamın da öz vətəninə, kəndinə, yurduna getmək üçün qanun lazımdır? Ay mina belə gəldi, elə getdi söhbətləri etmək istəyən yoldaşlar imkan varsa, susun. Daha ağır cavab verərəm. 
Mən artıq belə qanun tanımaq istəmirəm. İllərlə Şuşa deyib qəlbimizin başı göynəyib. Ağdam deyib, göz yaşı tökmüşük, indi də mina qanunu çıxardıb gözümüzə soxursuz. Qardaşını şəhid verən əmim bir ilə yaxındır, dil tökür ki, kəndə, doğma yurduna getmək istəyir. Amma mən qanun verirəm, səbr elə deyirəm. Amma kimlərsə hansısa yollarla həftə səkkiz mən doqquz Qarabağdan fotosessiya paylaşır. Yaxşı qanun yalnız bizəmi aiddir?
Şuşaya səfərlər təşkil olunur. Dəstə-dəstə adamlar gedir, gəlir. Nə gözəl, hamının yolu açıq olsun. Kimsəyə bir etirazım yoxdur. Amma bu səfərləri təşkil edənlər, qanun qoyanlar, vətənə başqa yollarla gedənləri divara dirəyib şəkil çəkib paylaşanlar bilsinlər ki, artıq bəziləri üçün vətən həsrəti minaya düşüb ölməkdən daha ağırdır. Nə edirsiz, edin, bir yol tapın. Vətən torpağı düşməndə olanda bir təhər dözmək olurdu, artıq daha çox acı verir. 
Hər kəsin tanıdığı adamı, güvəndiyi, arxalandığı şəxslər yoxdur ki, "qanun"u pozub dogma yurdlarına getsinlər. Unutmayın ki, bu gün için-için yananların çoxu güvənc yerlərini bu vətən uğrunda qurban veriblər.  Onlar olmasaydı, indi siz Qarabağı aldıq, qələbə çaldıq, deyə bilməzdiniz. 


P.S.
Nəzərə çatdırım ki, şəxsən mənim Şuşaya da, başqa vətən torpaqlarına getmək imkanın, əlaqəm, fürsətim var. Sadəcə, mən ora başqasının hesabına getmək istəmirəm. Oralara getmək haqqını 27 il əvvəl atam mənim üçün qazanıb. Bir də elə düşünürəm ki, mənim bu Vətən, millət üçün yandığım qədər kimsə yanmayıb...

Zaur Əhməd


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin