Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
14:40 - 11 Sentyabr 2021
Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.
Manşet.az "Report"a istinadən xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallarının məruz qoymuş türbələr və Natəvanın dağıdılmış məzarı göstərilib.
Nümayəndə heyətinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələri daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin