Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

10:40 - 11 Sentyabr 2021

Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu Manset.az-a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Y.Zurufçu qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin