Meyxanaçılar arasında qalmaqal -  "tək onu bilirəm ki, biri vurub, digəri də ölüb”

09:13 - 11 Sentyabr 2021

Meyxanaçılar arasında qalmaqal - 

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb.

Manset.az sherq.az-a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türmədə Elçinin öldüyünü eşidəndə təəccüblənib. O zaman Elçini birbaşa xəstəxanaya aparmaq əvəzinə, 7 saat maşında gəzdirdiklərini bildirib. Onun sözlərinə görə, həkim deyib ki, insan şillədən ölər, amma bu bıçaq yarasından ölməz. Lakin Mircəlal  Elçini saatlarla maşında gəzdirən şəxslərin adını çəkməyib.

Biz də həmin dönəmlərdə sənətdə olan meyxanaçılarla əlaqə saxladıq. Meyxana ustası Ağamirzə Məmmədov sherg.az-a bu haqda danışmaq istəmədiyini söylədi. Digər meyxanaçı Mehmad Əhmədli isə hadisə zamanı orada olmadığını xüsusi vurğuladı:

"Bilmirəm, nə deyə bilərəm? Onların yanında deyildim ki, söyləyim belə olub. Çox sözlər deyilə bilər. Amma nəsə söyləsəm, düzgün çıxmaz. Çünki məlumatlı deyiləm. Bilmədiyim sözü danışmaq istəmirəm. Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb". 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin