Azərbaycançılıq ideyasının təbliği

12:48 - 9 İyun 2023

Azərbaycançılıq ideyasının təbliği

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. 

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Millət vəkili Fəzail Ağamalı Manset.az-a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız bu ideya uğrunda daim birlikdə olmalıdır:

Fəzail Ağamalı da gileyləndi: "Bahadır, gilas ala bilməmişəm" - Xeberler |  En Son Xeberler | Son Xeberler - az24saat.org

“Bu ideya Azərbaycanın dünyaloji sistemində artıq yerini tapıb. Bunun ən bariz nümunəsi 44 günlük müharibədə özünü ifadə etdi. Bütün vətəndaşlarımız silaha sarılaraq, düşmənə qarşı müharibədə iştirak etdi. Bu şanlı döyüşdə şəhidlərimiz, qazilərimiz oldu. Nəticədə qələbə qazanıldı. Elə bu, Azərbaycanda azərbaycançılığın həlledici mövqe tutduğunu nümayiş etdirir. Azərbaycançılıq mahiyyət etibarilə azərbaycan məmləkətinə sədaqət hissini aşılamağı özündə ehtiva edir. Bu fikir əsasən, xaricdə yaşayan soydaşlarımız arasında geniş şəkildə təbliğ olunmaqdadır”.

Deputatın sözlərinə görə, son illər xaricdə yaşayan soydaşlarımız azərbaycançılıq ideyası ətrafında sıx birləşib:

“Bu proses davam etdirməkdədir. Bunun da mayasında Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək dayanır. Bu istiqamətdə  fəaliyyət güclü qurulub və davam etməkdədir. Azərbaycan coğrafi baxımdan geniş anlayışdır. Xaricdə yaşayan soydaşlarımız erməni həqiqətlərini, mənfur düşmənin xalqımızın başına gətirdikləri müsibətləri, ölkəmizi işğal etmələrini dünya ictimaiyyətinə çatdırmalıdır.

Erməni diasporu ayrı-ayrı ölkələrin cəmiyyətlərinə inteqrasiya edərək onların bir hissəsi olublar və erməniliklərini unutmayaraq, azərbaycana və türk dünyasına qarşı düşmənçiliklərini ifadə edirlər. Bunun üçün biz yalnız azərbaycançılıq ideyası ətrafında deyil, bütün türk diasporunun hər birinin vahid bir mərkəzdə birləşdirərək erməni diasporuna qarşı fəaliyyətimizi davam etdirməliyik. Ermənilərin soyqırımları, deportasiyaları soydaşlarımızın həyatına son qoyub. Ona görə də yalnız erməni lobbisinə qarşı mübarizə aparmalı deyilik, vahid türk diasporu yaradıb, onun vasitəsilə fəaliyyətimizi geniş şəkildə qurmalıyıq. Çünki erməni təbliğatı, yalnızca ölkəmizə qarşı deyil, bütövlükdə türkə və türk dünyasına qarşıdır”.

6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin