“Rusiya proseslərə nəzarəti itirir” - Podolyak

13:44 - 19 İyun 2023

“Rusiya proseslərə nəzarəti itirir” - Podolyak

“Ukrayna öz ərazisində olan Rusiya hərbi infrastrukturunu məhv etmək üçün əlindən gələn hər şeyi edir. Lakin biz Rusiya ərazisinə hücum etməyin heç bir mənasını görmürük”.

 

Manset.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.

Bununla belə M.Podolyak qeyd edib ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibə obyektiv olaraq tədricən Rusiya ərazisinə keçəcək, çünki bu, tarixi bir prosesdir.

M.Podolyak, həmçinin əlavə edib ki, artıq Rusiya baş verən proseslərə nəzarəti itirir.

“Xüsusilə Priqojin-Kadırov-Şoyqu üçbucağındakı son münasibətlərə diqqətlə baxın”, - deyə M.Podolyak vurğulayıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin