Bu deputatlar da YAP-dakı sədrlikdən GETDİLƏR - SİYAHI

11:35 - 10 Sentyabr 2021

Bu deputatlar da YAP-dakı sədrlikdən GETDİLƏR - SİYAHI

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında (bu il martın 5-də keçirlmiş VII qurultay) qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir. 

Manset.az  xəbər verir ki, bu dəyişikliyə uyğun olaraq YAP-ın rayon təşkilatlarına sədrlik edən deputatlar həmin vəzifəni təhvil verirlər.

Artıq Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev ötən gün istefaya getdiyini açıqlayıb.

YAP-ın İdarə Heyətinin bu gün saat 15.00-da başlayacaq iclasının gündəliyinə Bakı rayonları üzrə yeni təşkilat sədrlərinin təyin olunması məsələsinə baxılacaq.

Modern.az-ın məlumatına görə, YAP-ın Bakı rayonlarındakı yerli təşkilatlarına rəhbərlik edən digər deputatlar da artıq postlarını təhvil veriblər. Bu gün onların yerinə seçiləcək yeni sədrlərin adları elan olunacaq.

Qeyd edək ki, partiyanın Qaradağ rayon təşkilatına deputat Aydın Hüseynov sədrlik edirdi.

Nizami rayon təşkilatında sədrliyi deputat Sədaqət Vəliyeva edirdi.

Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı idi.

Səbail rayon təşkilatına sabiq deputat Şəmsəddin Hacıyev rəhbərlik edirdi.

Yasamal rayon təşkilatında sədri isə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov idi.

Bundan başqa, Pirallahıda sədr Hikmət Şikarov;
Binəqədidə Ramiz Göyüşov;
Xəzər rayonunda Ramiz Əhmədov;
Nərimanovda Təmraz Tağıyev;
Sabunçuda Mehriban Abasquliyeva;
Suraxanıda Vüqar Seyidov sədr postunu tuturdu.

Xətai rayonunda sabiq deputat Hüseynbala Mirələmov sədrlikdən uzaqlaşdırılandan sonra həmin post boşalıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin