Süni tənəffüs aparatına qoşulan Yaqub Zurufçunun səhhəti ilə bağlı AÇIQLAMA

10:20 - 10 Sentyabr 2021

Süni tənəffüs aparatına qoşulan Yaqub Zurufçunun səhhəti ilə bağlı AÇIQLAMA

COVID-19-a yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti ağır olaraq qalır.

Manset.az xəbər verir ki, bu haqda BAKU.WS-ə sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

"Hazırda səhhəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni etməyə çalışırlar. Tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniya meydana gəlib, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı yaranıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin