“Taliban” Əfqanıstan hökumətində qadınlara da yer ayrılacağına söz verdi

23:24 - 9 Sentyabr 2021

“Taliban” Əfqanıstan hökumətində qadınlara da yer ayrılacağına söz verdi

“Taliban” sözçüsü Zabiullah Mücahid yeni Əfqanıstan hökumətində qadınlara da yer ayrılacağına söz verib.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, qadınlar üçün şəriət qanunlarına uyğun vəzifələrimiz olacaq. Bu, başlanğıcdır, ancaq qadınlar üçün bir yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq”, - deyə Mücahid bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ölkəni idarə etməkdə iştirak tələbi ilə Kabildə qadınlar etiraz aksiyası keçirmişdilər.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin