"Moderna" COVID-19 və qripə qarşı peyvənd hazırlayır

22:03 - 9 Sentyabr 2021

Amerika əczaçılıq şirkəti "Moderna" COVID-19 və mövsümi qripdən qoruyacaq peyvənd hazırlayır.

Manşet.az  report-a istinadən xəbər verir ki, bu barədə şirkətin İnkişaf və Araşdırmalar üzrə Baş Direktoru Stefan Bansel məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkətin əsas prioriteti tənəffüs yolları xəstəliklərinə qarşı vaksin hazırlayaraq bazara çıxarmaqdır. Hazırlanan preparat mövcud xəstəliklərə uyğun olaraq daim yenilənəcək.

"Moderna" peyvəndinin təkkomponentli olacağı gözlənilir.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin