Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
21:30 - 9 Sentyabr 2021
Aparılan monitorinqlər göstərir ki, son günlərdə tələbat artdığı üçün məktəb ləvazimatlarının qiymətində 4 faizə qədər bahalaşma müşahidə edilir.
Manşet.az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, əyani təhsilin bərpası ilə bağlı rəsmi açıqlamadan sonra məktəb ləvazimatlarına, o cümlədən məktəbli geyimlərinə tələb artıb. Məktəbli geyimlərinin qiyməti hələlik stabildir, qiymətlərdə xüsusi bir dəyişiklik yoxdur, sadəcə tələbin artması müşahidə edilir:
"Ancaq məktəb ləvazimatlarının qiymətində cüzi də olsa dəyişiklik müşahidə olunub. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində təxminən 4 faizə yaxın artım müşahidə edilir. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var".
Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin