Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
10:02 - 6 İyun 2023
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin növbəti mərhələlərdəki potensial rəqibləri artıb.
Manset.az xəbər verir ki, yarışa 2-ci raunddan başlayacaq komandalarımız mərhələ adlayacaqları təqdirdə, tanınmış klubları Azərbaycana gətirə bilərlər.
Çünki hər üç klub yoluna davam edəcəyi halda istər 3-cü raundda, istərsə də pley-offda səpələnməmişlər səbətində olacaq. 3-cü təsnifat mərhələsində artıq 9 komanda rəqiblərini gözləyir. Onlardan 5-i səpələnmişlərdə olacaq.
Pley-offun isə 4 iştirakçısı bəllidir. “Neftçi”, “Sabah” və ya “Qəbələ” iki rəqibini keçə bilsə, pley-offda daha böyük klubla qarşılaşmalı olacaq. Təsadüfi deyil ki, “Top-5” liqaların təmsilçiləri “Yuventus”, “Ayntraxt” və “Lill” pley-offun püşkü zamanı güclülərin səbətində olacaq.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 24-də, pley-offun püşkatma mərasimi isə avqustun 7-də olacaq.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi
Səpələnmişlər: “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya), “Aruka” (Portuqaliya)
Səpələnməmişlər: “Hayduk” (Split, Xorvatiya), “Harts” (Şotlandiya), “Brann” (Norveç), “Nordsyelland” (Danimarka)
Pley-off mərhələsi
Səpələnmişlər: “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Lill” (Fransa)
Səpələnməmiş: “Osasuna” (İspaniya)
Qeyri-müəyyən: “Aston Villa” (İngiltərə)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin