Nigeriyanın Sokoto əyalətində silahlı hücum olub.
Manset.az "SÖZCÜ"-yə istinadən xəbər verir ki,Sokoto polisinin sözçüsü vəzifəsini icra edən Əhməd Rufai verdiyi açıqlamada motosikletli silahlı şəxslərin əyalətin 7 kəndinə hücum etdiyini bildirib.
Həmçinin Rufai qeyd edib ki, hücumlarda ən azı 30 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Qeyd edək ki, ölkədə silahlı şəxslərin motosikletlərə hücumları səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.
Jalə
Manşet.az