Azərbaycanın vaksin pasportları xaricdə tanınmır?

18:08 - 9 Sentyabr 2021

Azərbaycanın vaksin pasportları xaricdə tanınmır?

Sosial şəbəkələrdə xaricə səfər edən “Pfizer” vaksini vurulmuş Azərbaycan vətəndaşlarının vaksin pasportunun tanınmaması ilə bağlı məlumatlar yayılıb.  Buna səbəb isə pasportda “Pfizer” peyvəndinin hər iki dozasında eyni kodun yazılmasıdır.

Bildirilir ki, əslində bu kodlar fərqli olmalıdır, əks halda bu bir doza vaksin olunmuş sayılır. 

Manşet.az xəbər verir ki, Qafqazinfo məsələyə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən bildirilib ki, vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda birinci və ikinci dozaların seriya nömrələri eyni ola bilər:

“Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir. “COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin