Gülşen 150 000 cərimə ödəməli olacaq

12:33 - 1 İyun 2023

Gülşen 150 000 cərimə ödəməli olacaq

Məşhur müğənni Gülşenə 150 min lirə cərimə təyin edilib. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyə insan hüquqları və bərabərlik İdarəsi (TİHEK)  sənətçinin konsertində imam hatib liseynin tələbələrinə qarşı işlətdiyi sözlərin ayrı-seçkilik olduğuna qərar verib. 

Bu səbəbdən də Gülşenə 150 min lirə (təxminən 12 285 AZN) pul cəriməsi təyin edilib. 

Xatırladaq ki, ifaçı anşılaqla keçən konsertlərindən birində birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, ifadəsini işlədib. 

Həmin vaxt Gülşənin sözləri sözügedən liseydə təhsil alanların və məzunların, həmçinin dindarların ciddi narazılığına səbəb olub.

Qısa zaman ərzində tvitter sosial şəbəkəsində Gülşənin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edimişdi.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin