Ağakərimin ölüm xəbəri yalan çıxdı

09:50 - 9 Sentyabr 2021

Ağakərimin ölüm xəbəri yalan çıxdı

Tanınmış meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Ağakərimin bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.

"Kərim Novruzovun ölməsi barədə məlumatlar yalandır. Sadəcə o, yataq xəstəsidir, müalicə alır. Bu barədə yalan məlumat verənləri məhkəməyə verəcəyik", - deyə Rüstəm Cənnətov əlavə edib.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin