İlham Əliyevdən 8 Noyabr Zəfər Günü ilə bağlı PAYLAŞIM
7 Noyabr 2024
23:18 - 8 Sentyabr 2021
Polşada koronavirus əleyhinə peyvəndlər ödənişli ola bilər.
Manşet.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı hökumətin mətbuat katibi Piotr Müller verib. O bildirib ki, peyvəndlərin hələ bu ilin sonunadək ödənişli olacağı istisna edilmir: "Biz peyvəndlərin bəlli mərhələdən sonra ödənişli olması barədə düşünmüşük və bu fikirlər davam edir, lakin hal-hazırda və sentyabr ayının sonunadək peyvəndlər - elan olunduğu kimi, pulsuz olaraq qalacaq". "Radio Zet" radiostansiyasına müsahibədə hökumət təmsilçisi qeyd edib ki, peyvəndlərin ödənişli əsaslarla təklif edilməsi növbəti ildə və ya daha erkən baş verə bilər, bunun üçün hər şey epidemioloji vəziyyətin inkişafından asılı olacaq. Eyni zamanda, vaksinasiya kampaniyasına mənfi təsir göstərə biləcəyi halda həmin qərara yenidən baxılması mümkün olacaq.
Hesab edilir ki, bu açıqlama Polşada oktyabr ayı üçün proqnozlaşdırılan pandemiyanın dördüncü dalğası ilə bağlı əhalini vaksinasiyaya təşviq etmək üçün hökumətin əvvəlcədən düşünülmüş ağıllı şahmat gedişi də ola bilər. P.Müller, həmçinin qeyd edib ki, koronavirusla bağlı vəziyyətin gərginləşəcəyi təqdirdə tətbiq ediləcək məhdudiyyətlər virusa qarşı peyvənd olunmuş şəxslərə şamil olunmayacaq.
Hazırda Polşada vaksinasiya kampaniyasının tempi aşağı düşüb, əhalinin yarısı virusa qarşı tam peyvənd olunub. Bununla da Polşa 42 Avropa ölkəsi arasında 26-cı yerdədir, lakin iyun ayında həmin renkinqdə 13-cü yerdə idi.
Çox ehtimal ki, hökumətin peyvəndin ödənişli olacağına dair taktiki açıqlaması qənaətcilliyi sevən polyakları peyvənd olunmaq üçün hərəkətə gətirməyə hesablanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin