Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
4 May 2024
16:33 - 30 May 2023
Yaponiyada baş verən tornado səbəbindən kənd təsərrüfatı sahələrində maddi ziyan baş verib, təyyarələrin uçuşlarında fasilələr yaranıb.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Yaponiyada vulkanları, təbii isti bulaqları və xizək zonaları ilə tanınan Hokkaydo əyalətinin Tokaçi bölgəsində yerləşən Obihiro şəhərini tornado vurub.
Yerli vaxtla saat 15:38 radələrində Obihiro hava limanının təxminən 3 kilometr şimalında görülən və həvəskar kameralar tərəfindən qeydə alınan tornado səbəbiylə Obihiro hava limanında edilməsi planlaşdırılan bəzi reyslərdə qısa müddətli gecikmələr olub, kənd təsərrüfatında maddi ziyan meydana gəlib.
Bölgədəki strukturlara heç bir ziyan dəyməsə də, can itkisi və ya xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin