Efiopiyada 100-dən çox mülki şəxs öldürüldü

22:33 - 8 Sentyabr 2021

Efiopiyada  100-dən çox mülki şəxs öldürüldü

Efiopiyanın Amhara bölgəsindəki Tiqray Xalq Qurtuluş Cəbhəsi 100-dən çox mülki şəxsi qətlə yetirib.

Manşet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Fana" radiostansiyası məlumat yayıb.

Üsyançıların uşaqlar və qocalar da daxil olmaqla 100-dən çox mülki şəxsi öldürdüyü qeyd olunur.

Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançılar 2020-ci ilin noyabrında Efiopiyanın şimalına hücum etdikdən sonra baş nazir Abiy Əhməd onlara qarşı hərbi hərəkat qərarı verib. Tərəflər arasında döyüşlər zamanı bir milyondan çox adam yerindən-yurdundan olub. Qarşıdurmalar hələ davam edir.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin