Aygün Kazımova Covid-19-a yoluxdu: "3 günü ağır keçirdim"

21:06 - 8 Sentyabr 2021

Aygün Kazımova Covid-19-a yoluxdu:

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub.

Manşet.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:

"Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Doğurdan da ağır xəstəlikdir. Hazırda hər şey yaxşıdır. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm.

 

 

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin