Azərbaycanda gələn il də peyvəndləmə prosesi davam etdiriləcək

20:31 - 8 Sentyabr 2021

Azərbaycanda gələn il də peyvəndləmə prosesi davam etdiriləcək

Ötən il ərzində görülmüş məqsədyönlü tədbirlər Azərbaycanda yeni növ koronavirusun təsirlərinə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda, iqtisadi böhranın qarşısını almağa, makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaradıb.

Manşet.az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə qeyd edilib ki, növbəti ildə də pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi davam etdiriləcəkdir.

Eyni zamanda ölkədə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılmış və vaksinasiya strategiyasına uyğun olaraq il ərzində davam etdiriləcəkdir. Qeyd etmək olar ki, ümumiyyətlə pandemiya dövründə iqtisadiyyatın real sektorunda iqtisadi aktivlik xeyli azalsa da bərpa prosesinin daha sürətli olması üçün ölkəmizin iqtisadi patensialı böyükdür. Bu əsasda hesab etmək olar ki, pandemiya ilə mübarizə çərçivəsində vaksinasiya prosesi əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdırmaqla yanaşı, iqtisadiyyatın da bərpasına müəyyən stimullar yaradacaq.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin