İlham Əliyevdən 8 Noyabr Zəfər Günü ilə bağlı PAYLAŞIM
7 Noyabr 2024
18:57 - 8 Sentyabr 2021
Rusiya Prezidenti Vladimir Putin Norilskdə təlimlər zamanı həlak olan fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı yaxınlarına başsağlığı verib.
Manşet.az xəbər verir ki, bunula bağlı Tvitterdə paylaşım edən Putin Ziniçevi etibarlı, sadiq dost və peşəkar insan adlandırıb. O, nazirin ölümündən dərin sarsıntı keçirdiyini bildirib:
“Biz əsl cəsuz zabiti, dostumuzu, böyük daxili gücə və cəsarətə sahib yaxın insanımızı itirdik. Mənim üçün bu, böyük itkidir. Uzun illərdir birgə işlərimizlə bağlı əlaqələrimiz olub. Yevgeni Nikolayeviç istənilən çətin vəziyyətdə əslsadiq dost və yüksək peşəkar biri kimi davranırdı. İnsan həyatını xilas etmək üçün tərəddüd etmədən riskə getdi və vəzifəsini sonadək yerinə yetirdi. Onun xatirəsi daim qəlbimizdə olacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin