Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
18:26 - 8 Sentyabr 2021
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.
DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş başa çatdıqdan sonra həmin 4 nəfər azarkeş meydandan kənarlaşdırılıb.
"Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”, - E.Hacıyev bildirib.
Qeyd edək ki, sentyabrın 7-də oynanılan Azərbaycan - Portuqaliya matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
(report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin