Baxmut döyüşlərində "Vaqner"in 20 min üzvü ölüb - Priqojin

19:45 - 24 May 2023

Baxmut döyüşlərində

Rusiyanın "Vaqner" muzdlu qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min itki verib.

 

Manset.az xəbər verir ki, bu barədə qruplaşmanın lideri Yevgeni Priqojin məlumat verib.

O qeyd edib ki, ölənlər əsasən "Baxmut"a cəlb edilən məhbuslar olub.

"Əməliyyat zamanı mən 50 min məhbus seçdim, onlardan təxminən 20 faizi öldü. Müqavilə ilə bizə gələnlərlə tam eyni sayda öldülər", - Priqojin deyib.

Qeyd edək ki, ABŞ Rusiyanın Bamxut uğrunda döyüşlərdə 100 min itki verdiyini bildirib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin