Motosiklet piyadanı vurub öldürdü

00:00 - 30 Noyabr -0001

Motosiklet piyadanı vurub öldürdü

Xaçmaz rayonunun Çənlibel parkında motosiklet piyadanı vuraraq öldürüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Quliyev Tofiq Məmmədqulu oğlu yolu keçərkən motosiklet onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin