Fatih Terim Bakıda
15 Noyabr 2024
09:22 - 8 Sentyabr 2021
Bu park görənləri dəhşətə gətirir. Oradakı mənzərə zibilliyi xatırladır. Özü də bu park şəhərin mərkəzində yerləşir.
Manset.az xəbər verir ki, Şəhriyar adına park baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Məsələya parkın direktoru da aydınlıq gətirib. O, bildirib ki, yaxın vaxtlarda istirahət guşəsi bağlanacaq. Onun yerində müasir park salıncaq
Vaxtilə istrahət üçün insanların ən çox üz tutduğu parkda, indi 3-4 nəfər güclə gözə dəyir. Xüsusi ilə də uşaqların sevimli məkanı olan park heç də zibillikdən fərqlənmir.
Parkdakı ağaclara da qulluq edilmir. Sakinlərin iddiasına görə ağaclar uzun müddətdir ki, sulanmır.
Hətta vəziyyət o yerə çatıb ki, baxımsızlıqdan aşan ağaclar belə kəsilib ərazidən götürülmür. Bəzi ağacların arası isə meşədəki kimi kolluqla bağlanıb.
Şəhriyar adına Mədəniyyət və İstrahət Parkının direktoru Şakir Hacıyev də yaranmış vəziyyətdən narahat olduğunu deyir. Amma o sakinləri sevindirəcək bir məlumatın anonsunu da verib.
Ümid edirik ki, yenidənqurmadan sonra böyük şair Məhəmmədhüseyn Şəhriyarın adını daşıyan bu park gözəlliyi ilə hər kəsin ürəyincə olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin