AZCON yaradıldı - FƏRMAN
7 Noyabr 2024
21:00 - 7 Sentyabr 2021
BMT Əfqanıstanda əsas xidmətlərin çökdüyü, qida və digər həyati əhəmiyyətli yardımların tükənmək üzrə olması barədə xəbərdarlıq edib.
Manşet.az xəbər verir ki, bunu BMT Humanitar Fəaliyyətlər Koordinasiya Ofisi sözçüsü Yens Laerk mətbuata açıqlamasında deyib.
O bildirib ki, sentyabrın 13-də BMT Baş katibi Antonio Quttereşin rəhbərliyi ilə nazirlər səviyyəsində Əfqanıstan mövzusunda beynəlxalq konfrans keçiriləcək:
“2021-ci ilin qalan dörd ayında təxminən 11 milyon nəfərə kömək etmək üçün 606 milyon dollar yardım tələb edirik. Konfrans tələb olunan maliyyənin qarşılanması üçün bir fürsətdir. Beynəlxalq donorları bu çağırışı sürətlə və əliaçıqlıqla dəstəkləməyə səsləyirik”.
BMT rəsmisi qeyd edib ki, təkcə bu il Əfqanıstanda səkkiz milyon insana yardım göstərilib:
“Amma Əfqanıstandakı əsas xidmətlər çökür, qida və digər həyati əhəmiyyətli yardımlar tükənir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin