Gürcüstanın keçmiş müdafiə naziri həbs OLUNDU

20:36 - 7 Sentyabr 2021

Gürcüstanın keçmiş müdafiə naziri həbs OLUNDU

Gürcüstanın sabiq müdafiə naziri, “Formula” televiziya kanalının təsisçisi David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.

Manşet.az xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.

Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub. 2017-ci ildə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət verib. Məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.

Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin