COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:33 - 12 May 2023
Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən, vətənpərvər şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzində saxlanılır.
Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.
Millət vəkili Etibar Əliyev Manset.az-a açıqlamasında bildirib ki, ölkəmizdə uşaqların mənəvi və fiziki inkişafı üçün onlar üç yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmalıdırlar:
“Məktəbəqədər təhsil müəssisələrindən sonra uşaqlar orta məktəbin ibtidai sinif pilləsinə qəbul olunurlar. Yəni bu, düşünürəm ki, mənəvi və fiziki inkişaf məsələsi təhsil müəssisələrindən başlamalıdır. Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər ilk olaraq uşaqlarda dəyərləri aşılamalıdırlar. Sonrakı mərhələdə uşaqların ibtidai sinif müəllimləri bu dəyərləri aşılamalıdırlar. Müəllimlər uşaq psixologiyasını bilməlidirlər. Həm uşaqların fiziki hazırlığı ilə məşğul olmaq üçün dünyada da tətbiq olunan, mövcud metodları bilməlidirlər. Çox təəssüflər olsun ki, indiki dövrdə qəbul imtahanlarının, buraxılış imtahanlarının keçirilməsi, repetitorluğun geniş vüsət alması bir çox hallarda uşaqlarda sosiallaşmanı aradan qaldırır. Tərbiyənin özü mənəvi hazırlığa daxil olan məsələdir. Müəllim dərsi tədris etməklə yanaşı, həm də tərbiyə işi ilə məşğul olmalıdır”.
Deputat əlavə edib ki, məktəblərdə uşaqların fiziki hazırlığı üçün idman dərslərinin normal şəkildə keçirilməsi çox vacibdir:
“"Sağlam bədəndə sağlam ruh olar" - deyiblər. Bu, əlbəttə ki, fiziki hazırlıqla da bağlıdır. Müəllimlər dərsliklərlə yanaşı, müəllimlərin özü uşaqların fiziki və mənəvi hazırlığı üçün çalışmalıdırlar. Səhər səhər idmanı, eyni zamanda məktəblərdə keçirilən dərslərin formal olaraq yox, əslində normal şəkildə keçirilməsi üçün çalışmalıdırlar. Eyni zamanda da, qeyd etdiyim kimi, dərsliklərlə yanaşı, müəllimlərin özü vətəni sevmək, dəyərlərimizə hörmət etmək, dəyərlərimizi aşılamaq, dəyərlərimizi izah etmək, eyni zamanda dövlətimizin təhsil siyasətini təbliğ etmək kimi işləri bacarmalıdırlar. Ən əsası odur ki, dəyərləri uşaqlara və gənclərə aşılamaq lazımdır ki, onlar kənar təsir altına düşməsinlər. Müəllim fənni normal şəkildə tədris edirsə, özünün tədris etdiyi fənnə qarşı ciddidirsə, biz bunu deyə bilərik ki, müəllim həm də uşaqlarda və gənclərdə mənəvi keyfiyyətlərin yüksəlməsində öz əməyini göstərir.
Millət vəkili qeyd edib ki, bu sahə ilə bağlı çoxsaylı qanunlar qəbul olunub, bu qanunların icrası üçün müəyyən addımlar atılmalıdır:
“Əlbəttə ki, hər bir dövlətin əsas istəyi dövlətin proqramında gənclərin fiziki və mənəvi inkişafı önəmli yer tutur. Hətta təhsilin qarşısında duran vəzifələr sırasında bunları görmək mümkündür. Dövlət əslində qanunların qəbul olunması, eyni zamanda bu istiqamətdə müəyyən vəsaitlərin ayrılması, qeyri hökumət təşkilatlarına qrant layihələri, bütün bunların hamısı dövlətin qayğısı siyahısına daxildir. Yerdə qalır bunun icrası məsələsi, bu məsələ də şübhəsiz ki, müəllimlərdən, tərbiyəçilərdən, maarifçilərdən asılıdır. İstənilən halda, hətta gənclərin qeyri-adekvat davranışlarına münasibət bildirilməlidir. Yerdə qalan məsələlər insanların üzərinə düşür. Kifayət qədər addımlar atılıb. Sadəcə işlərin intensivləşdirilməsi lazımdır. Çünki 21-ci əsrin gəncliyi fərqli gənclikdir. Buna görə də, düşünürəm ki, məsuliyyət yenə də müəllimin, tərbiyəçinin, eyni zamanda təşkilat rəhbərlərinin, idarələrin rəhbərlərinin üzərinə düşür”.
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin