Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
09:47 - 5 May 2023
Ölkədə təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova Manset.az-a açıqlamasında bildirib ki, ekoloji təmizlik yaratmaq məqsədi ilə müəyyən layihələr icra edilir:
“Tullantıların düzgün idarə edilməsi, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılması, təkrar emalın təşviqi, cəmiyyət arasında çeşidlənmə vərdişlərinin yaranması məqsədilə nazirlik tərəfindən bir sıra aksiya, layihələr həyata keçirilir.
Ötən dövr ərzində Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun plastik tullantıların azaldılması, bərk məişət tullantılarının idarə olunması, suya qənaət, plastik məhsulların çeşidləri və onların zərərləri barədə, tullantıların çeşidlənməsi sahəsində ictimaiyyəti maarifləndirmək məqsədilə bir sıra layihə və aksiyalar keçirilib”.
ETSN-in rəsmisi əlavə edib ki, plastik tullantıların azaldılması və onların təkrar emala göndərilməsi məqsədilə 31 yanvar 2022-ci il tarixində “Sahibsiz Heyvanların Bəslənmə Köşkü” adlı pilot layihəyə start verilib:
“Layihə çərçivəsində köşkdə ayrılmış hissəyə istifadə olunmuş plastik qablar atılır və əvəzində heyvanlar üçün 40 qram həcmində yem alınır. Toplanan plastik butulkalar toplanaraq təkrar emal edilir.
28 aprel 2022-ci il tarixində "Coca-Cola" Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN Könüllüləri” Təşkilatının və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə “Tullantısız Dünya” proqramına start verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Coca-Cola" şirkəti, “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Horeca Pet Collection” layihəsi həyata keçirilib və ötən il ərzində 45 ton plastik tullantı toplanaraq təkrar emala göndərilib. Bu layihəyə Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 200 müəssisə, Mingəçevir və Qəbələdən isə doqquz müəssisə qoşulub. Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, Metro Park, təhsil müəssisələrindən Bakı Dövlət, Azərbaycan Dövlət Memarlıq və İnşaat, Odlar Yurdu və Xəzər Universitetləri, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi, ASAN Xidmət Mərkəzləri, Park Cinema, CinemaPlus kinoteatrları, avtoservislər, “Shaurma N°1”, ‘’Cafe City” və digər restoranlar layihənin tərəfdaşları sırasındadır. Həmin sahələrdəki ictimai-iaşə obyektlərinə və ticarət mərkəzlərinin müvafiq yerlərinə istifadə olunmuş plastik tullantıların toplanması üçün qutular da yerləşdirilib”.
Səyyarə Məmmədova əlavə edib ki, həmçinin, 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə başlanılıb:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən keçirilən layihə çərçivəsində 1 il ərzində ümumilikdə 540 kq işlənmiş batareya toplanılıb. Hazırda müxtəlif dövlət qurumlarında, nazirlik və dövlət komitələrində, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə bu cür qutular yerləşdirilərək layihəyə dəstək verilir.
2022-ci ildə 5 iyun- Dünya Ətraf Mühit Gününə həsr olunmuş ‘#OnlyOneEarth’ foto müsabiqəsi keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkil etdiyi foto müsabiqə 12-17 yaşlı uşaqları əhatə edib”.
Nazirliyin şöbə müdiri qeyd edib ki, 18 iyun 2022-ci il tarixində isə ETSN tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib:
“Aksiya çərçivəsində 2022-ci il ərzində Bakının Xətai, Nizami və Sabunçu rayonları, Xırdalan şəhəri, Sumqayıt və Gəncə şəhərlərində, Bravo, Araz, Neptun və Rahat marketlər şəbəkəsinin bir sıra filiallarında, Dəniz Mall-da (Carlsberg Azerbaijan şirkəti ilə birgə) aksiyalar keçirilib və ümumilikdə 27 436 litr həcmində plastik tullantı toplanaraq “AzEkol” MMC-yə təhvil verilib.
2022-ci ilin iyul ayında “Bir damcı” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Su Agentliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. “Bir damcı” istifadə etdiyimiz suyun mənzillərimizə gəlib çatana qədər keçdiyi uzun və çətin yol barədə məlumat vermək, sudan səmərəli istifadənin vacibliyi, gündəlik həyatda qənaət yolları, gələcəkdə bizi gözləyə biləcək təhlükələr barədə hər birimizi maarifləndirmək məqsədini daşıyır”.
ETSN rəsmisi vildirir ki, cari ilin aprelin 10-dan başlayaraq məktəblərdə maarifləndirmmə işlərinə başlanılıb:
“20 məktəbdə təqdimatlar keçirilib. Məktəblilərə sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir Damcı” kitabı və müxtəlif merçendayz hədiyyələr təqdim edilib.
2022-ci il 1-30 oktyabr tarixlərində sudan qənaətlə istifadəni təşviq etmək məqsədilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə “Möcüzəli su” (“Magic water”) respublika sosial foto-kollaj müsabiqəsi keçirilib.
3 noyabr 2022-ci il tarixindən isə plastik tullantıların toplanaraq təkrar emala göndərilməsi “Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində davam edib. Belə ki, akiyalar zamanı vətəndaşlardan plastik tullantılar təhvil alınıb və onlara ağac tingləri paylanılıb. ETSN-in “Təmiz Şəhər” ASC və “ASAN xidmət” mərkəzlərinin, Bravo, Araz, Bazarstore, Neptun, Rahat supermarketlər şəbəkəsi ilə birgə keçirdiyi aksiyalar zamanı ümumilikdə 3837 litr həcmində plastik tullantı toplanıb”.
S.Məmmədova deyib ki, 2022-ci il 2-3 dekabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı, “ASAN xidmət”in, “ASAN Könüllüləri” Təşkilatının və “Coca-Cola” Fondunun birgə əməkdaşlığı ilə “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonu keçirilib:
“Məqsəd tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, ekoloji problemlərə innovativ həllər təklif etməklə ölkəmizdə ictimai xidmətlərin təşkilində innovasiyaların tətbiqinə töhfə verməkdir.
Yay mövsümü ərzində çimərlik sahillərində fəaliyyət göstərən müəssisələrdə (kafe və restoranlar) istifadə olunan qablaşdırma tullantılarının miqdarının azaldılması və onların toplanıb təkrar emala cəlb olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə, Coca-Cola və Carlsberg Azerbaijan-ın (“Baltika 0”) tərəfdaşlığı və EcoHub ekoloji platformasının icraçı partnyorluğu ilə “Sıfır tullantı” layihəsi də icra olunub”.
Şöbə müdirinin sözlərinə görə, hər il yay aylarında və sentyabrın sonuncu həftəsində keçirilən “Xəzər həftəsi” çərçivəsində də təmizlik aksiyaları keçirilir və sahilyanı ərazilər plastik tullantılardan təmizlənir.
Səyyarə Məmmədova qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin bu istiqamətdə layihələri hələ də davam etməkdədir:
“2023-cü ilin fevral ayından “Tullantıları tinglərə dəyiş” aksiya çərçivəsində “Araz”, “Megastore”, “Bravo”, “Grandmart”, Bakı Nəqliyyat Agentliyi, 4 saylı Bakı “ASAN xidmət”, 5 saylı Bakı ASAN xidmət”, 6 saylı Bakı “ASAN xidmət” kimi qurum və marketlərdən ümumilikdə 1783 litr tutumu olan şüşə və 2194 işlənmiş batareya tullantıları təhvil verilərək əvəzində 2000 ağac tingləri hədiyyə edilib.
Qəbul edilmiş batareyalar “Təhlükəli Tullantılar” MMC-yə, şüşə tullantılar isə “Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsi Bərk məişət tullantılarının çeşidlənməsi zavodu ərazisindəki şüşə qəbulu məntəqəsinə təhvil verilmişdir.
2 mart 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Təbiət sənin gözündə” adlı fotomüsabiqəyə start verilib.
Müsabiqə 22 mart - Dünya Su Günü ilə əlaqədar “Su mənbələri sənin gözündə” mövzusuna həsr olunub”.
6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin