Məhəbbət Kazımovun oğlundan Könül Kərimovaya sərt ismarış: "O, kim idi ki?!"

12:42 - 7 Sentyabr 2021

Məhəbbət Kazımovun oğlundan Könül Kərimovaya sərt ismarış:

Müğənni Könül Kərimova mətbuata müsahibəsində mərhum əməkdar artist Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən “Laçınım” mahnısının özünə məxsus olduğunu söyləyib. O, bunu bir neçə nəfərin-Manaf Ağayevin, Elşad Qarayevin, Yusif Mustafayevin, Vasif Məhərrəmlinin bildiyini deyib. Lakin, V.Məhərrəmli və Y.Mustafayev məsələdən xəbərdar olmadıqlarını  bildiriblər.

 

Manset.az xəbər verir ki, mövzu haqda “Sherg.az”a danışan M.Kazımovun oğlu Rəşid Kazımov “Laçınım” əsərini atasının yazdığını xüsusi vurğulayıb:

 

“Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. K.Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının  müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M.Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev  indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır. Nə üçün öz rayonlarından bir mahnı  ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən  sonra nə var ki danışmağa... Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam. Axı olmayıb belə bir şey. Ola da bilməz! Ümumiyyətlə, Könül kim idi ki?!  Tanınmırdı, onu M.Kazımov məşhurlaşdırdı. Ona görə sağlığında bu sözləri deyə bilməzdi. Bunlar yalandır, mahnı Məhəbət Kazımovundur.  “Laçınım”la bağlı  bu iddialar davam etsə,  məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. “Onu mən yazmışam, bunu mən yazmışam” deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra  anlayar, çox irəli getməz”. 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin