Muğlada 4,1 bal gücündə zəlzələ oldu

22:13 - 6 Sentyabr 2021

Muğlada 4,1 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.

Bu barədə Manşet.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:04-də Datça rayonunda 4,1 bal gücündə qeydə alınıb.

Zəlzələ ocağı yerin 40,6 kilometr dərinliyində yerləşib. Təbii hadisə Yazıköy, Cumalı, Yakaköy, Sındı ve Məsudiyədə hiss edilib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin