Fatih Terim Bakıda
15 Noyabr 2024
22:02 - 6 Sentyabr 2021
Sentyabrın 15-dən etibarən Bakıda metro stansiyalarında sərnişin sayının artacağı təqdirdə qatarlar arasındakı interval pandemiya qaydalarına uyğun tənzimlənə bilər.
Manşet.az Trend-ə istinadən bildirir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda metropolitendə sıxlıq müşahidə olunmur. Bu həm pandemiya dövründə sərnişin sayında azalma ilə əlaqədardır, həm də mövsümi xarakterlidir.
Pandemiyadan əvvəl sentyabr ayında yeni tədris mövsümünün başlanması ilə əlaqədar metropoliten ənənə üzrə ayın ortalarında qış qrafikinin tətbiqinə keçirdi. Metropolitenin texniki imkanlarına görə pik saatlarda "Həzi Aslanov-28 May" istiqamətində qatarlararası interval 2 dəqiqə təşkil edib. Məlumdur ki, iki xətt bu stansiyada nəinki kəsişir, hətta birləşir. Deməli, avtomatik olaraq, bu stansiyadan başlayaraq, xətlər ayrıldığından sonrakı iki istiqamət üzrə - "Dərnəgül" və "İçərişəhər" istiqamətində qatarlar iki dəfə çox, 4 dəqiqəlik intervalla hərəkət edir.
Bunları nəzərə alaraq, Bakı metropoliteninin texniki cəhətdən daha az interval prinsiplərini tətbiq etməsi mümkün olmur. Bunun üçün xətlər mütləq ayrılmalıdır və bu da, bildiyiniz kimi, hazırda Bakı metropoliteni üçün prioritet vəzifələrdən biri kimi diqqətdə saxlanılır.
Lakin digər məsələlərlə əlaqədar metropoliten fəaliyyətini mütləq şəkildə Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, metodiki tövsiyələrə əsasən qurur, müvafiq müzakirələr apararaq fəaliyyətini tənzimləyir. İstənilən halda gücləndirilmiş iş rejimi şəraiti davam etdiriləcək".
Qurum rəsmisi bildirib ki, sentyabrın ilk ongünlüyündən sərnişin sayında qismən artım gözlənilir: "Metropoliten hazırda bu vəziyyəti diqqət mərkəzində saxlayarır, günlər deyil, hətta günün müxtəlif saatlarında sərnişin sıxlığı və axın istiqmətlərinə xüsusi diqqət yetirir və vəziyyəti təhlil edir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin