Sumqayıtda yaşayış binasında yanğın oldu

19:30 - 6 Sentyabr 2021

Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Manşet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat metr olan mənzildə divan, kreslo, televizor, yataq dəsti və divar üzlüyü 0,5 kvadrat metr sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin