FIFA Braziliya - Argentina matçı ilə bağlı açıqlama yaydı

19:26 - 6 Sentyabr 2021

FIFA Braziliya - Argentina matçı ilə bağlı açıqlama yaydı

FIFA qalmaqallı Braziliya - Argentina oyunu ilə bağlı açıqlama yayıb. 

Manşet.az xəbər verir ki, ali futbol qurumu baş verən hadisənin araşdırılacağını və bundan sonra qərar veriləcəyini bildirib.

FIFA-nın açıqlamasında deyilir: "Braziliya – Argentina matçında yaşanan və milyonlarla azarkeşin ən önəmli futbol ölkələrindən ikisinin qarşılaşacağı oyunu izləməsinə əngəl olan olayları qınayırıq. Matçın ilk hakim protokolu əlimizə çatıb. Edəcəyimiz araşdırmadan sonra qərarımızı açıqlayacağıq”

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Braziliya – Argentina qarşılaşması qonaqların 4 futbolçusunun (Emiliano Martines, Emiliano Buendiya, Covani Lo Çelso və Serxio Romero) karantin qaydalarına riayət etməməsinə görə yaranan qalmaqaldan sonra yarımçıq dayandırılıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin