Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var

18:20 - 6 Sentyabr 2021

Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var

Cəlilabad rayonu ərazisində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, ötən gün saat 23:00 radələrində Masallı rayon sakini 2000-ci il təvəllüdlü Bayramov Rüfət Fayıq oğlu idarə etdiyi "Mercedes-Benz 230” markalı, 44-CF-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı divara çırpılıb.

Qəza nəticəsində R.Bayramovla yanaşı, avtomobildə olan sərnişinlər - Masallı rayon sakinləri 2003-cü il təvəllüdlü Qasımov Xəlil İsaq oğlu və Ağazadə Əli Əlizamin oğlu xəstəxanaya yerləşdirilib, lakin Ə.Ağazadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur və ilkin ehtimala görə o, hadisə vaxtı sərxoş vəziyyətdə olub. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin